Xəzər Xəbər

Uşaq pulu mərhələli şəkildə bərpa oluna bilər - AÇIQLAMA

Cəmiyyət | 14:38 • 12 Mart 2019
Uşaq pulu mərhələli şəkildə bərpa oluna bilər -
Azərbaycan Prezidenti 3 yaşınadək uşaqların sosial müdafiəsinin gücləndirilməsi barədə tapşırıq verib.

Xezerxeber.az xəbər verir ki, bununla bağlı tanınmış iqtisadçı ekspert Vüqar Bayramov açıqlama verib.

"İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) uşaq pulunun bərpası ilə bağlı təkliflərini hökumətə təqdim etməsindən qısa müddət sonra dövlət başçısı tərəfindən belə bir göstərişin verilməsini yüksək qiymətləndiririk.

CESD-nin təkliflərində də uşaqlar yaş qruplarına görə təsnifləşdirilir və 3 yaşınadək uşaqlara daha çox sosial müavinətin verilməsi xüsusi əsaslandırılır.

Bu baxımdan, 3 yaşınadək uşaqlara sosial müavinətin verilməsi uşaq pulunun mərhələli şəkildə bərpası kimi qiymətləndirilməlidir. Bu addım uşaqların sosial müdafiəsi baxımdan çox vacibdir.

Qeyd etmək istərdim ki, CESD-nin təklifləri rasional və real imkanlar nəzərə alınmaqla hazırlanıb və sevindirici haldır ki, artıq proses başlayır. Dünən təklifimiz sosial şəbəkədə təqdim olunandan sonra uşaq pulu məsələsində fərqli yanaşmaların şahidi olduq.

Əslində bunu normal da qarşılayırıq. Amma bu gün başqa reallığı müşahidə etdik: təklifllərimiz mərhələli şəkildə tətbiq olunacaq”, - deyə V.Bayramov bildirib.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti