Xəzər Xəbər

Uşaqlara tütün məmulatı satanlar cərimələnib

Cəmiyyət | 12:59 • 12 Mart 2019
Uşaqlara tütün məmulatı satanlar cərimələnib

Polis orqanları yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, nazirliyin Baş İctimai Təhlükəsizlik və Nərimanov Rayon Polis idarələri əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 3 mağazada və 1 köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkarlanıb.

Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

Xəbər lenti