Xəzər Xəbər

Kolleclərə qəbul olunmaq üçün 19405 abituriyent ərizəsini təsdiqlədib

Cəmiyyət | 12:48 • 12 Mart 2019
Kolleclərə qəbul olunmaq üçün 19405 abituriyent ərizəsini təsdiqlədib

Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında ərizə qəbulu başa çatıb.

Dövlət İmtahan Mərkəzindən xezerxeber.az-a bildirilib ki, Azərbaycan bölməsi üzrə 18875, rus bölməsi üzrə isə 530 abituriyent olmaqla, ümumilikdə 19405 abituriyent elektron ərizəsini təsdiq edib.

Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və ya ümumi orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər. Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumtəhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

Rubrikanın digər xəbərləri

Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti