Xəzər Xəbər

Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanların da təqaüdləri artırılır

Cəmiyyət | 12:05 • 12 Mart 2019
Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanların da təqaüdləri artırılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamı müharibə əlillərinin, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanların da sosial müavinət və təqaüdlərinin ciddi şəkildə artırılmasına imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, sərəncama uyğun olaraq, sosial müavinətin məbləği onlardan I qrup əlilliyə görə müharibə əlilləri üçün 101 manatdan, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanlar üçün 94 manatdan - 150 manata, Prezidentin aylıq təqaüdünün məbləği isə həmin vətəndaşlar üçün 182 manatdan 250 manata çatdırılır. Eyni zamanda, həmin insanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü kimi 50 manat təqaüd təsis olunur.

Beləliklə, sosial müavinət və təqaüd formasında dövlət tərəfindən ödənilən vəsait I qrup müharibə əlilləri üçün 60 faiz artırılmaqla 283 manatdan, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar I qrup əlilliyi olanlar üçün isə 276 manatdan 450 manata çatdırılır.

Qeyd olunan kateqoriyalardan olan II qrup əlilliyi olanların sosial müavinəti 81 manatdan 130 manata, həmin şəxslər üçün Prezidentin aylıq təqaüdü 158 manatdan 230 manata, nəticə etibarilə onlara sosial müavinət və təqaüd formasında dövlət tərəfindən ödənilən ümumi vəsait 239 manatdan 360 manata çatdırılır.

III qrup əlilliyə görə sosial müavinətin məbləği müharibə əlilləri üçün 73 manatdan, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanlar üçün 61 manatdan 110 manata, Prezidentin aylıq təqaüdü 121 manatdan 210 manata, onlara sosial müavinət və təqaüd formasında dövlət tərəfindən ödənilən ümumi vəsait isə 194 manatdan, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanlar üçün 182 manatdan 320 manata çatdırılır.

Qeyd olunan artımlar cari il aprelin 1-dən tətbiq olunacaq.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti