Xəzər Xəbər

Təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsi üçün dövlət rüsumu müəyyənləşib

Cəmiyyət | 10:05 • 12 Mart 2019
Təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsi üçün dövlət rüsumu müəyyənləşib

Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsi üçün dövlət rüsumu müəyyənləşib.


"Report” xəbər verir ki, bununla bağlı "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.


Qanuna yeni – 32-1-ci (Təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri) maddəsinə əsasən, məktəbəqədər təhsil müəssisələrinin, ümumi təhsil müəssisələrinin, məktəbdənkənar təhsil müəssisələrinin, peşə təhsili müəssisələrinin, orta ixtisas təhsili müəssisələrinin, ali təhsil müəssisələrinin, əlavə təhsil müəssisələrinin və təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrin akkreditasiyadan keçirilməsi üçün 20 manat dövlət rüsumu tutulacaq.


Qanunun 22-ci (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) maddəsinin 0.5.2-ci (ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) - 10 000 manat) bəndində dəqiqləşdirmə aparılıb. Belə ki, bu rüsum dövlət ümumi təhsil müəssisələrinə aid edilməyəcək.


Dəyişiklik layihəsi yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti