Xəzər Xəbər

Professor ən sağlam qidaları açıqladı: "Nə qədər istəyirsiniz yeyin" - İNANMAYACAQSINIZ

Cəmiyyət | 15:13 • 11 Mart 2019
Professor ən sağlam qidaları açıqladı:

Türkiyənin daxili xəstəliklər üzrə mütəxəssisi, professor Canan Karatay daha bir açıqlaması ilə gündəm olmağı bacarıb.

Professor fəstfud yeməklərindən ən sağlam olanlarının adlarını açıqlayıb.

Karatay bildirib ki, lahmacun ən sağlam tez hazır olan yeməklərin başında gəlir. Çünki onun tərkibində qiymə, tərəvəz, yağ, soğan var.

Professorun sözlərinə görə, təbiiliyi korlanmadan istənilən yeməyi istənilən miqdarda yemək artıq çəkiyə səbəb olmur:

"Doyana qədər təbii olan hər şeydən yeyə bilərsiniz. Təbii yağ da buraya daxildir. Uşaqlar, hamilə qadınlar qorxmadan yeyə bilər. Ürək infarktının, xərçəngin qarşısını alır. Bədənin gümrah qalmasını təmin edir. Yağ yemək oynaqların sürtünməsini yaxşılaşdırır. Bu yağ olmadıqca vücud paslanmış kimi olar. Təbii yağ yeməkdən qorxanlar, əsasən, artıq çəki yığacaqlarından ehtiyat edirlər. Lakin bu, yanlış fikirdir. Təbii yağ artıq çəki yığmaz, əksinə, arıqlamağa kömək edər. Qara ciyərin yağını təzələyər.

Xəstə deyilsinizsə və aktiv həyat tərziniz varsa, yerli buğda ilə bişmiş pide və bu kimi şeylər yeyə bilərsiniz. Rəfinə edilmiş una, duza, yağa qarşıyam. Sağlam və təbii qida hüceyrələrimizi bəsləyər. Həqiqi olmayan qidalar hüceyrələrimiz doyurmadığı üçün daim ac hiss edirik”.

Qeyd edək ki, bir müddət öncə Canan Karatay restoranların birində fəstfud yeyərkən görüntülənmiş və kifayət qədər izləyici kütləsi olan professorun fəstfud yeməsi müzakirələrə səbəb olmuşdu./publika.az

Rubrikanın digər xəbərləri

Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti