Xəzər Xəbər

Gündəlik multivitamin qəbulu depressiyanın qarşısını almır

Cəmiyyət | 14:12 • 8 Mart 2019
Gündəlik multivitamin qəbulu depressiyanın qarşısını almır

Elm adamlarının İngiltərə, Hollandiya, Almaniya və İspaniyada apardıqları araşdırmaların nəticələrinə görə, bir il boyunca hər gün multivitamin qəbul edənlərin depressiyaya düşmə ehtimalı həmin dərmanlardan istifadə etməyənlərlə eynidir.


AZƏRTAC "www.livescience.com” saytına istinadla xəbər verir ki, tədqiqat aparılması üçün mindən çox insan müxtəlif kateqoriyalar üzrə dörd qrupa ayrılıb.


Tədqiqat iştirakçılarının hamısının artıqçəkili olduğu və ya piylənmədən əziyyət çəkdiyi, depressiyaya düşmə ehtimalının yüksək qiymətləndirildiyi bildirilib.


Bir il ərzində iştirakçılardan 105-nin depressiyaya düşdüyü, bu rəqəmin dörd qrupda da təxminən eyni olduğu, onların yemək vərdişlərinin dəyişdirilməsi üçün davranış terapiyasının işə yaramadığı qeydə alınıb.


Alimlər iştirakçıların qəbul etdikləri multivitaminlərin tərkibində fol turşusu, D vitamini, omeqa-3, sink və seleniumun olduğunu deyiblər.


Tədqiqatın nəticələri "JAMA” dərgisində yayımlanıb.


Qeyd edək ki, daha əvvəl aparılan bir araşdırmanın nəticəsində orqanizmdə bəzi qidalandırıcı maddələrin çatışmamasının depressiya ehtimalını yüksəltdiyi qənaətinə gəlinmişdi.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti