Xəzər Xəbər

ETSN: Meşə təsərrüfatının 52 əməkdaşı işdən çıxarılıb

Cəmiyyət | 16:12 • 7 Mart 2019
ETSN: Meşə təsərrüfatının 52 əməkdaşı işdən çıxarılıb

2018-ci ilin dekabrından indiyədək meşə təsərrüfatının 52 əməkdaşı işdən çıxarılıb.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

F.Əliyev həmin şəxslərin meşələrin mühafizəsi üzrə vəzifələrini düzgün yerinə yetirmədiyi üçün işdən azad edildiyini söyləyib: "Çox əfsuslar olsun ki, vəzifəyə təyin etdiyimiz bu şəxslərin təşkilatçılığı zəif olduğu üçün onlarla əməkdaşlığı davam etdirə bilmədik. Buna görə də Şəki, Masallı, Şamaxı və Lənkəranda regional idarə rəislərini vəzifələrindən azad etdik". (Trend)


Xəbər lenti