Xəzər Xəbər

ETSN: İçməli suyun başqa məqsədlərlə istifadəsinə qadağa qoyulmalıdır

Cəmiyyət | 14:55 • 7 Mart 2019
ETSN: İçməli suyun başqa məqsədlərlə istifadəsinə qadağa qoyulmalıdır

İçməli sudan texniki məqsədlər üçün istifadə olunmamalı, su itkilərinə yol verilməməlidir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

Onun sözlərinə görə, içməli suya qənaət etməyin ən yaxşı yolu əhalinin sudan düzgün istifadə etməsidir.

Nazirlik rəsmisi hesab edir ki, içməli suyun başqa məqsədlərlə istifadəsinə qadağa qoyulmalıdır: "İçməli su ilə maşın, xalça yuyulması, təsərrüfatların suvarılması kimi halları aradan qaldırmaq lazımdır. Ən vacib məqamlardan biri isə suya yanaşma tərzinin dəyişməsidir. Bu vasitə inkişaf etmiş ölkələrdə təbii resurslara, içməli suya qənaət etməyə imkan yaradan ən güclü vasitə hesab olunur".

İ.İbrahimova vurğulayıb ki, gələcəkdə su qıtlığı ilə üzləşməmək üçün hamılıqla sudan qənaətlə, səmərəli istifadə olunmalıdır: "İçməli su qıtlığı probleminin olmaması üçün bir daha hamını suya qənaət etməyə çağırırıq". (Trend)

Xəbər lenti