Xəzər Xəbər

Təbii südü saxtadan necə ayıraq?

Cəmiyyət | 14:26 • 7 Mart 2019
Təbii südü saxtadan necə ayıraq?

Son zamanlar süd və süd məhsulları ən çox saxtalaşdırılan məhsullardandır.

Yaxşı südü saxta süddən necə ayırmaq olar? Bunu Moskva Dövlər Qida Sənayesi Universitetinin rektoru professor Dmitri Edelev izah edir.

XəzərXəbər Sağlamolun.az-a istinadla bildirir ki, mütəxəssisin sözlərinə görə, ilk növbədə südün xarici görünüşünə fikir vermək lazımdır. Təbii süd daha qatı olur və qabın divarlarında ağ ləkələr saxlayır.

Təbii südü suya əlavə edəndə süd aşağı çökür. Südə su əlavə olunubsa, belə "süd" asanlıqla su ilə qarışacaq.

Südü stəkana töküb isti yerdə (məsələn, mətbəxdə) saxlayın. Süd 24 saat ərzində turşuyubsa, bu o deməkdir ki, süd təbiidir. Prosesi sürətləndirmək üçün südə 1 ç.q xama əalvə edin. Təbii süd 3-4 saatdan sonra qatığa çevriləcək.

Süd turşumayıbsa, bu o deməkdir ki, bu süd təbii deyil və onun tərkibində, palma, kokos və s. yağlar var. Digər səbəb - südə antibiotiklər əlavə olunub.

Bəzən südü daha qatı etmək üçün ona nişasta əlavə olunur. Südə bir neçə damçı yod tökün. Nişasta varsa, süd dərhal göyərəcək, yoxdursa saralacaq.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti