Xəzər Xəbər

Ötən il Bakıda 29 min 722 körpə doğulub

Cəmiyyət | 20:41 • 6 Mart 2019
Ötən il Bakıda 29 min 722 körpə doğulub

Ötən il Bakıda 29 min 722 körpə doğulub. Həmin dövrdə paytaxtda 13 min 117 ölüm halı qeydə alınıb. Bakıda təbii artım 16 min 605-ə bərabər olub. Paytaxtın rayonları arasında ən çox doğum və ölüm halları Sabunçu rayonunda qeydə alınıb. Belə ki, həmin rayonda 3719 körpə doğulub, 1901 nəfər isə vəfat edib. Ən aşağı göstəricilər isə Pirallahı rayonunda qeydə alınıb - müvafiq olaraq 267 və 111.


Bu barədə xezerxeber.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.


Ötən il paytaxtda, həmçinin 15056 nikah və 4772 boşanma halı qeydə alınıb. Nikahların sayına görə Binəqədi rayonu birincidir – 1865 nikah. Boşanmaların sayına görə isə Yasamal rayonu (644) digər rayonları qabaqlayıb. Ən az nikah və boşanma halları Pirallahı rayonunda qeydə alınıb. Belə ki, həmin rayonda 126 cütlük nikaha daxil olub, 32-si isə boşanıb.


Ümumiyyətlə, Bakıda əhalinin hər 1000 nəfərinə təbii artım 7,3, doğulanlar 13,1, ölənlər 5,8, nikahlar 6,6, boşanmalar isə 2,1 təşkil edib.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti