Xəzər Xəbər

Moruq çəkinin azaldılması üçün universal məhsuldur

Cəmiyyət | 17:42 • 6 Mart 2019
Moruq çəkinin azaldılması üçün universal məhsuldur

İllinoys Texnologiya İnstitutunun əməkdaşları bu giləmeyvənin faydalı olmasına çəkinin azaldılması və diabet xəstələrində qanda şəkərin miqdarına nəzarət nöqteyi-nəzərindən diqqət yetiriblər.


AZƏRTAC tibb saytlarına istinadla xəbər verir ki, moruq qanda qlükozanın miqdarını aşağı salır və insulin ifrazını nizamlayır. Əgər hər gün moruqdan istifadə olunarsa, o zaman çəkinin real şəkildə azalmasını müşahidə etmək mümkündür.


Moruğun müsbət təsiri artıq çəkidən əziyyət çəkən könüllülər qrupu üzərində sınaqdan keçirilib. Belə ki, onlar iki altqrupa bölünüb: birinci qrupdakılar ikinci tip diabet xəstələri, digərləri isə diabet riski qrupuna aid olanlar idi. Təcrübələrdə, həmçinin sağlam nəzarət qrupu da iştirak edib. Könüllülərə dondurulmuş moruqdan istifadə etməklə müxtəlif miqdarda – bir fincan, iki fincan və ya moruqsuz səhər yeməyi verilib.


Sınaqlar göstərib ki, insanlar nə qədər çox moruq qəbul ediblərsə, mədəaltı hüceyrələrə qanda şəkərin miqdarını nizamlamaqdan ötrü daha az insulin lazım olub. Əlavə olaraq, sərbəst şəkərlər orqanizm tərəfindən daha sürətlə istifadə edilib ki, bu da çəkinin azalması şansını artırıb. Alimlərin sözlərinə görə, bu, bədəni şəkəri deyil, piyləri əritməyə məcbur edir. Moruq, həmçinin tərkibindəki sellülozun (mikroflora üçün xeyirlidir), antosianların (flavonoidlər) və ellaqotatinlərin (aşılayıcı xassələri) sayəsində çox faydalıdır.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024

Xəbər lenti