Xəzər Xəbər

Yeni orfoqrafiya lüğəti ilin ikinci yarısında nəşr olunacaq

Cəmiyyət | 17:38 • 5 Mart 2019
Yeni orfoqrafiya lüğəti ilin ikinci yarısında nəşr olunacaq

Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti cari ilin ikinci yarısında nəşr olunacaq.


Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu AZƏRTAC-a açıqlamasında bildirib ki, orfoqrafiya lüğəti çapa tam hazırdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetində təsdiq olunub, Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Hazırda Dövlət Dil Komissiyasındadır.


M.Nağısoylu qeyd edib ki, əvvəlki orfoqrafiya lüğətində olan 1000-ə yaxın qondarma söz lüğətdən çıxarılıb, təxminən 4000-dək yeni söz əlavə edilib. Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğəti 2013-cü ildə çap olunub. Bu o deməkdir ki, ötən beş il ərzində dilimizə dörd min söz daxil olub, dilimiz zənginləşir. Onlardan bəzisi dilimizin daxili imkanları hesabına yaranıb, böyük əksəriyyəti isə dilimizə hazır şəkildə daxil olan beynəlmiləl sözlərdir.

Xəbər lenti