Xəzər Xəbər

Kabusa çevrilən “Momo” oyunu yenidən aktivləşir: Uşaqları təhlükədən qoruyun! – FOTO

Cəmiyyət | 16:03 • 4 Mart 2019
Kabusa çevrilən “Momo” oyunu yenidən aktivləşir:

Artıq dünya səviyyəsində təhlükə yaradan və öz toruna saldığı gəncləri intihara sövq edən "Momo” oyunu yenidən aktivləşib.

XəzərXəbər musavat.com-a istinadən bildirir ki, təhlükə getdikcə daha da geniş vüsət almağa başlayıb. Məlum olduğu kimi "Momo” əsasən intihar oyunu kimi tanınır və bir çox uşaq və gəncin ölümünə səbəb olduğu bildirirlir.

Mütəxəssislər qeyd edir ki, daha çox depressiyaya yaxın vəziyyət və yaxud artıq depressiya yaşayan uşaq və yeniyetmələr bu oyuna maraq göstərir. Bu səbəbdən mütəxəssislər məsləhət görürür ki, xüsusilə ailədə utancaq olan uşaqlara diqqət edilməlidir. Belə ki, utancaq, içinə qapanan uşaqların, diqqətsizlik görən, "xeyr” deməkdə çətinlik çəkən, təsdiq və qəbula daha çox ehtiyac duyan uşaqlar "Momo” oynamağa çox həvəsli olur.

Xatırladaq ki, İngiltərədə 7 yaşlı məktəbli uşağın sinif yoldaşlarına yuxuda körpəyə bənzər varlıqların onları öldürəcəyini deməsinin ardından "Momo” həyəcanı verilmişdi.

Bəs "Momo” oyunu nədir?

Qeyd edək ki, qorxunc üzü ilə nə olduğu anlaşılmayan "Momo” "Watsapp” üzərindən istifadəçilərə şiddəti əks etdirən fotolar və ya təhdid dolu mesajlar göndərir. Əvvəlcə internetdə anidən qarşınıza çıxan bəzi mobil telefon nömrələri oyun oynamaq üçün onları "Watsapp”a əlavə etməyinizi istəyir.

"Momo” vizualının orijinalı Yaponiyanın xüsusi efekt şirkəti olan "Link”in hazırladığı bir heykəlin fotosudur. İlk dəfə 2016-cı ildə Tokioda bir muzeydə sərgilənən heykəlin gerçək adı isə "Ana quş”dur. "Ana quş Momo” ilk dəfə 2016-cı ildə bir yaponun instagram hesabında görünüb.

İki il sonra isə "Facebook”dakı bir qrupda oyunun başladığını ifadə edən bir post paylaşılıb. Məşhur paylaşma saytı "Reddit”in "Facebook” hesabında bir istifadəçi tərəfindən paylaşılan postda insanlar oyuna dəvət edilib. Ardından oyun daha geniş kütlələrə yayılmağa başlayıb. İnsanlar "Momo”nu görə bilmək üçün o mobil telefon nömrələrini bir-bir "Whatsapp”larına əlavə ediblər. Bunun ardınca Kolumbiya, Argentina və Hindistan kimi ölkələrdə intensiv intihar hadisələri baş verdi. Daha sonra İspaniyaya yayılan oyunda Amerikanın mobil telefon nömrələri də görünməyə başladı. Ölümlər böyük səs-küy yaratdı və hüquq mühafizə orqanları bu oyunla bağlı "SOS” siqnalı verdi. Mütəxəssislər ailələri bu cür virtual oyunlara qarşı diqqətli olmağa çağırır.

Xəbər lenti