Xəzər Xəbər

Dövlət orqanlarında vakant vəzifələri tutmaq üçün 52 nəfər ərizə verib

Cəmiyyət | 15:28 • 2 Mart 2019
Dövlət orqanlarında vakant vəzifələri tutmaq üçün 52 nəfər ərizə verib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən beş dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə fevralın 5-də elan olunmuş ümumi müsahibəyə sənəd qəbulu davam edir.

DİM-dən xezerxeber.a-a bildirilib ki, martın 2-nə olan məlumata görə, ümumi müsahibəyə çıxarılan vəzifələri tutmaq üçün 52 nəfər ərizə verib. Ümumilikdə Hesablama Palatasında 6, Qida Təhlükəsizliyi Agentliyində 5, Mədəniyyət Nazirliyində 3, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2, Gəncə Apellyasiya Məhkəməsində 1 vəzifə olmaqla 17 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb. Müsabiqə vəziyyəti ən çox Hesablama Palatasında (6 vakant yerə 31 nəfər) qeydə alınıb.

Xatırladaq ki, DİM tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir. Namizədlər martın 7-si saat 18:00-dək mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.

Xəbər lenti