Xəzər Xəbər

Bərdə Doğum Evində bir həftədə 5 körpə ölüb - YENİLƏNİB

Cəmiyyət | 11:52 • 1 Mart 2019
Bərdə Doğum Evində bir həftədə 5 körpə ölüb -

Bərdədə daha bir körpə ölümü baş verib

ONA-nın məlumatına görə,Bərdə rayonu Muğanlı kənd sakini, 1993-cü il təvəllüdlü Tükəzban İsmayıllının körpəsinin ölü vəziyyətdə ana bətnindən xaric olunması faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, tərtib olunan müvafiq sənədlər götürülüb, ölümün səbəbini müəyyənləşdirmək məqsədi ilə məhkəmə tibbi ekspertizası təyin edilərək yeni doğulmuş uşağın meyiti müayinə olunub və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Qeyd edək ki, bu son günlər Bərdə Doğum Evində baş verən 5-ci körpə ölümüdür. Belə ki, fevralın 21-də Tərtər rayonu Səhləbad kənd sakini, 1981-ci il təvəllüdlü Gülxarə Əhmədovanın yeni doğulmuş oğlan uşağı, fevralın 24-üAğcabədi rayon sakini Ziba Qurbanovanın əkiz oğlan uşaqları, fevralın 27-də isə Tərtər rayonu, Qarağacı kənd sakini, 1998-ci il təvəllüdlü Elnarə Abdullayevanın dünyaya gətirdiyi qız uşağı ölüb.

Saat 10:25

***

Bərdədə doğuş zamanı körpə ölüb.

Bərdə rayon Prokurorluğundan ONA-ya verilən məlumata görə, fevralın 21-də Tərtər rayonu Səhləbad kənd sakini, 1981-ci il təvəllüdlü Gülxarə Əhmədovanın yeni doğulmuş oğlan uşağının rayon Doğum Evində ölməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, tərtib olunan müvafiq sənədlər götürülüb, ölümün səbəbini müəyyənləşdirmək məqsədi ilə məhkəmə tibbi ekspertizası təyin edilərək yeni doğulmuş uşağın meyiti müayinə olunub və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti