Xəzər Xəbər

Hava şəraiti dəyişir: Yağış və qar yağacaq

Cəmiyyət | 12:41 • 23 Fevral 2019
Hava şəraiti dəyişir: Yağış və qar yağacaq

Fevralın 24-də ölkə ərazisində hava şəraiti dəyişəcək.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, fevralın 24-də Bakıda və Abşeron yarımadasında əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq:

"Səhər duman, çiskin olacaq. Fevralın 25-də gün ərzində arabir yağış yağacaq, temperatur 8-11 dərəcə olacaq. Rayonlarda isə əsasən, yağmursuz hava şəraiti olacaq.

Lakin fevralın 24-ü axşam saatlarında bəzi şimal-şərq rayonlarında yağış, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var”, - deyə Gülşad Məmmədova qeyd edib.

Xəbər lenti