Xəzər Xəbər

Əfqanıstanda həlak olan hərbi qulluqçuların ailələri də yüksək qayğı ilə əhatə olunur

Cəmiyyət | 15:05 • 22 Fevral 2019
Əfqanıstanda həlak olan hərbi qulluqçuların ailələri də yüksək qayğı ilə əhatə olunur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 2019-cu il 21 fevral tarixli Fərmanı qeyd olunan ailələrin də yüksək qayğı ilə əhatə olunduğunu təsdiq edir.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən xezerxeber.az-a bildirilib ki, Fərmana əsasən həmin ailələr üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 80 manat artırılaraq 2019-cu il martın 1-dən 300 manat müəyyən edilib.


Qeyd olunan ailələr üçün Prezidentin aylıq təqaüdünün təyin olunmasına Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli Fərmanına əsasən başlanılıb.


Ölkəmizdə aparılan və ildən-ilə güclənən sosial siyasətin əsas istiqamətlərindən biri kimi, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların rifah halının yaxşılaşdırılması sahəsində mühüm addımlar atılır. Bundan bir qədər əvvəl, dövlət 2019-cu il başçısının 30 yanvar tarixli Fərmanı ilə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği də 58 manat artırılaraq 300 manata çatdırılıb.

Xəbər lenti