Xəzər Xəbər

Azərbaycan əhalisi siyahıya alınacaq Tarix açıqlandı

Cəmiyyət | 12:09 • 22 Fevral 2019
Azərbaycan əhalisi siyahıya alınacaq

Azərbaycanda əhalinin növbəti siyahıya alınması bu il oktyabrın 1-dən 10-nə qədər keçiriləcək.

Bu barədə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov məlumat verib.

Onun sözlərinə görə, prosesə hazırlıq işləri 2017-ci ilin yanvar ayından başlanılıb: "Son 2 ildə siyahıyaalmanın metodoloji bazasının yaradılması başa çatdırılıb, bu prosesi tənzimləyəcək 50-ə yaxın normativ hüquqi sənəd hazırlanıb”.

T.Budaqov xatırladıb ki, ötən il oktyabrın 1-dən 10-na qədər Qəbələdə sınaq siyahıya alınması keçirilib: "Bunun məqsədi hazırlanan metodoloji bazanın əyani şəkildə tətbiqinin qiymətləndirilməsi və eyni zamanda siyahıyaalınma üçün sonra proqram təminatının sınaqdan keçirilməsi olub. Artıq siyahıalınmaya tam hazırıq. Hər bir rayon üzrə xüsusi nümayəndə seçilib və onlar üçün seminarlar keçirilir. 34 mindən artıq insan bu təlimlərə cəlb ediləcək ki, siyahıyaalınma uğurla həyata keçirilsin. Bundan sonra 10 mln. dan artıq sorğu vərəqləri emal ediləcək. Bu da uzun bir prosesdir və bütün bu mərhələlər Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planında öz əksini tapıb. Siyahıalmanın yekunu 2022-ci ilin I yarısının sonunda məlum olacaq”.(Report)

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti