Xəzər Xəbər

Direktor vəzifəsinə ilkin yerləşdirmənin nəticələri açıqlanıb

Cəmiyyət | 21:09 • 21 Fevral 2019
Direktor vəzifəsinə ilkin yerləşdirmənin nəticələri açıqlanıb

Dövlət ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin ilkin yerləşdirmə nəticələri açıqlanıb.


Təhsil Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, "Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na uyğun olaraq, 2018-ci ilin noyabr ayında elan edilən müsabiqə 4 mərhələdə keçirilib. Müsabiqəyə ölkə üzrə 604 vakansiya çıxarılıb. Müsabiqədə iştirak üçün müraciət etmiş şəxslərdən 1576 nəfərin elektron ərizəsi təsdiqlənərək müsabiqənin ikinci mərhələsinə (imtahan mərhələsi) buraxılıb. Bu mərhələyə qatılan 1412 nəfərdən 730-u müsabiqənin sonuncu mərhələsində - müsahibədə iştirak edib.


2018-ci il dekabrın 5-dən 2019-cu il yanvarın 26-dək keçirilmiş müsahibələrin nəticəsinə əsasən, 228 nəfər uğur qazanıb. İlkin yerləşdirmə nəticəsində 104 nəfər müvafiq ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunub və onlarla əmək müqaviləsi bağlanılıb.


Müsabiqədə uğur qazanan namizədlər fevralın 25-dən müvafiq məktəblərdə öz vəzifələrinin icrasına başlayacaqlar.

Xəbər lenti