Xəzər Xəbər

Bakıda orta məktəbin qadın müəllimləri dava edib, cinayət işi başlanılıb

Cəmiyyət | 17:01 • 21 Fevral 2019
Bakıda orta məktəbin qadın müəllimləri dava edib, cinayət işi başlanılıb

Bakıda orta məktəbin qadın müəllimləri dava edib, fakt üzrə cinayət işi başlanılıb.


"Report"un əldə etdiyi məlumata görə, paytaxtın Nizami rayonunda yerləşən Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəbin müəllimləri - D.İsayeva ilə Q.Süleymanova arasında əvvəl mübahisə düşüb. Mübahisə zamanı D.İsayeva həmkarına zor tətbiq edib.


Q.Süleymanovanın şikayəti əsasında D.İsayevanın barəsində Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə) maddəsi ilə cinayət işi başlanılıb. D.İsayevanın barəsində həbs qətimkan tədbiri seçilməyib.


Cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclası martın 6-na təyin edilib. Cinayət işi hakim Nəriman Mehdiyevin icraatına verilib.


272 nömrəli tam orta məktəbin direktoru Nizami Qasımzadə "Report"a açıqlamasında bildirib ki, hadisə məktəbdən kənarda olub: "Onların öz şəxsi problemləri var idi. Hazırda hər iki müəllim məktəbdə çalışır".


Qeyd edək ki, müəllimlərdən biri riyaziyyat, digəri isə ibtidai sinif müəllimi işləyir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
510 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti