Xəzər Xəbər

Yol polisi sürücülərə xəbərdarlıq edib

Cəmiyyət | 17:23 • 18 Fevral 2019
Yol polisi sürücülərə xəbərdarlıq edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyinə dair məlumatı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.


İdarədən xezerxeber.az-a bildiriblər ki, məlumatda yollarda yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması üçün sürücülərin diqqətli olmasının, bəzi yolların buz bağlama ehtimalı nəzərə alınaraq nəqliyyat vasitələrinin hərəkət sürətinin hava şəraitinə uyğun seçilməsinin, zərurət yaranmadıqda ötmə əməliyyatının aparılmamasının və qəfil manevrlər edilməməsinin, eləcə də kəskin əyləcdən istifadə olunmamasının vacibliyi vurğulanıb. "Təcrübəsi az olan sürücülərin belə hava şəraitində qarlı-buzlu yollarda avtomobil idarə etmələri onların özləri, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yarada bilər. Bunu nəzərə alaraq həmin sürücülərə belə hava şəraitində sükan arxasına əyləşməməyi tövsiyə edirik”, - deyə məlumatda qeyd olunub.

Xəbər lenti