Xəzər Xəbər

Yas məclisini idarə edən molla pul almalıdırmı?

Cəmiyyət | 15:54 • 18 Fevral 2019
Yas məclisini idarə edən molla pul almalıdırmı?

"Yas məclislərində Quran oxunmasına, məclis idarə olunmasına görə din xadimlərinin yas sahibindən konkret məbləğ tələb etməsi düzgün deyil".


Bu barədə Modern.az-a ilahiyyatçı Hacı Şahin Həsənli danışıb. O qeyd edib ki, yas mərasimlərdə dini ayinlərin icra edilməsi ilə sırf səlahiyyətli şəxslər məşğul olmalıdır:



"Qafqaz müsəlmanları idarəsində bununla bağlı müvafiq addımlar atılır, dini ayinlərin icrası üçün səlahiyyətlilərin təyin olunması üçün attestasiya keçirilir. Sənəd alan ruhanilər dini ayinlərin icrası ilə məşğul ola bilərlər. İnsanlar mollaları yas məclislərinə dəvət edərkən onların bu cür səlahiyyətinin olub-olmamasını araşdırmalıdırlar. Dini biliklərə düzgün şəkildə yiyələnməmiş şəxsləri yas məclislərinə, dini məclislərə dəvət etmək mümkün deyil.


Pulun alınması məsələsinə gəlincə, vacib hökmlər, məsələn, yas mərasimlərində meyitin qüsl edilməsi, kəfən olunması və dəfni proseslərinə görə din xadimləri məbləğ ala bilməzlər. Çünki bunlar dinin buyurduğu vacib hökmlərdir, ölən şəxsin yaxınları əziyyət çəkməməlidir. Əlavə olaraq, kommunal xərclərə, istifadə olunan vasitələrə görə hansısa xərc alınır.


Məclis aparıldıqda, Quran oxunduqda, kimsə bu prosesi həyata keçirən din xadiminə maddi hörmət edirsə, din bunu qadağan etmir. Belə məqamlarda yas sahibindən konkret məbləğ tələb etmək düzgün deyil. Din xadimini dəvət edən şəxslər özləri gücü çatan məbləği mollalara verə bilərlər. Yenə qeyd edirəm, din xadiminin konkret hansısa məbləği tələb etməsini düzgün hesab etmirəm".

Rubrikanın digər xəbərləri

Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti