Xəzər Xəbər

Yasamal qəbiristanlığında ağılları qarışdıran şəkil tapıldı - FOTO

Cəmiyyət | 09:44 • 16 Fevral 2019
Yasamal qəbiristanlığında ağılları qarışdıran şəkil tapıldı -

Yasamal qəbiristanlığında cavan oğlanın iynələnmiş şəkli tapılıb.


Sputnik Azərbaycan bildirir ki, bu haqda müxtəlif sosial media profillərində, səhifələrində məlumat paylaşılıb.


Şəkili iynələnən şəxsə cadu edildiyi düşünülür. Hələ ki, bunun kim tərəfindən törədildiyi, şəkildəki şəxsin kimliyi naməlumdur.


Məsələ barədə Yasamal rayon qəbiristanlığının rəhbərliyi ilə əlaqə saxlamağa çalşsaq da, zənglərimizə cavab verən olmadı.


Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsindən isə Sputnik Azərbaycan-a bildirildi ki, sözügedən tapıntı haqda onlara hansısa şikayət daxil olmayıb: "Qəbiristanlıqla bağlı bizə şikayətlər daxil olur. Bu şikayətlər hasarın, qəbir daşının dağıdılması ilə bağlı olur. Amma dediyiniz məsələdən xəbərsizik".


Qeyd edək ki, bundan öncə də qəbiristanlıqlarda bənzər olaylar baş vermiş, iynələnmiş şəkillər, bağlı qıfıllar, düyünlü saplar tapılmışdı.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
359 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti