Xəzər Xəbər

800-ə yaxın şəxs özünüməşğulluqdan uzaqlaşdırılıb - Nazir

Cəmiyyət | 15:05 • 14 Fevral 2019
800-ə yaxın şəxs özünüməşğulluqdan uzaqlaşdırılıb -

"Özünüməşğulluq proqramı çərçivəsində əhaliyə 30 min baş iribuynuzlu və xırdabuynuzlu heyvan paylanıb. Gələn şikayətlər isə cəmi 1 faiz təşkil edir. Həmin 1 faizə görə qalan 99 faizin hamısı üçün narazılıq var demək olmaz”.


Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalsitlərə açıqlamasında bildirib.


Nazir narazılıqlarla bağlı müraciətlərə də aydınlıq gətirib: "Bəziləri 2 ay sonra heyvanın xəstə olması ilə bağlı müraciət edir. Həmin müddətdə heyvana necə baxılıb, necə saxlanılıb, necə qulluq edilib məlum deyil. Maraqlıdır ki, həmin insan niyə iki ay sonra müraciət edir? Paylanan heyvanların hamısı eyni ölçüdə, eyni çəkidə ola bilməz. Müəyyən fərqlərin olması normaldır”.


Qiymətlərə gəlincə, nazir səsləndirilən rəqəmlərin həqiqətəuyğun olmadığını vurğulayıb: "Alınan heyvanlar imzalanmış müqavilə üzrə bütün ödənişlər daxil olmaqla 1400 manatdan baha olmayan heyvanlardır. Heç bir şirkətə yüksək rəqəm ödənilməyib. Bizim ana prisnipimiz sosial ədalət və şəffaflıqdır. Bu il ötən ilə nisbətən heyvanlar üzrə 14-15 faiz, mal-material üzrə ödənişlər 18 faiz ucuz olub”. 


S.Babayev qeyd edib ki, bəzi şəxslər manipulyasiya ilə məşğul olmaq istəyənlər var: "Hansısa vətəndaş proqrama yazılıb. Araşdırma zamanı görünür ki, vətəndaş aztəminatlı deyil. Bu cür 800-ə yaxın şəxs proqramdan uzaqlaşdırılıb. Və onlar da proqramdan uzaqlaşdırıldıqları üçün KİV-də müxtəlif şayiələr yayır. Yaxud bəzisi ona verilən malı başqa malla dəyişdirərək gətirib qaytarmaq istəyir. 


Həmçinin heyvana baxa bilməyib onun ölümü ilə bağlı müraciət edənlər də var. Biz bütün müraciətlərin hamısını araşdırqdıq. Aşağı keyfiyyətli heyvanlar dəyişdirildi. Bütün dəyişdirilən heyvanların sayı əvvəl 119 idisə, sonradan 40-ı da əlavə olundu”. (Modern.az)

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti