Xəzər Xəbər

Baş infeksionist: Azərbaycanda hepatit B və C viruslarının yayılması ilə bağlı ciddi təhlükə yoxdur

Cəmiyyət | 09:55 • 13 Fevral 2019
Baş infeksionist: Azərbaycanda hepatit B və C viruslarının yayılması ilə bağlı ciddi təhlükə yoxdur

Azərbaycanda hepatit B və C viruslarının yayılması ilə bağlı ciddi təhlükə yoxdur. Hazırda bu viruslara yoluxanlar ölkə əhalisinin təxminən 2 faizini təşkil edir.


Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycanın baş infeksionisti Cəlal İsayev söyləyib.


O deyib ki, bu xəstəliklə mübarizə səhiyyə sisteminin qarşısında duran əsas istiqamətlərdən biridir. Bu xəstəliyin profilaktika və müalicəsi Azərbaycanda dövlət proqramına daxil edilib. Azərbaycanda hepatit B-yə qarşı mübarizə tədbirləri kifayət qədər yüksək səviyyədə aparılır. Bu növə qarşı peyvəndin aparılması xüsusi qeyd olunmalıdır. Peyvəndləmə anadan olan uşaqlar arasında aparılır və təqvim planına salınıb.


"Proses bütün uşaqları əhatə edir. Bunun nəticəsidir ki, ölkəmizdə hepatit B virusuna yoluxma halları kəskin azalıb. Hazırki dövrdə hepatit B ilə xəstələnmə göstəricisi 30 il əvvəlkindən 24-25 dəfə aşağı düşüb. Bu da çox yaxşı nəticədir”, – deyə, C.İsyaev vurğulayıb.


Baş infeksionist, həmçinin deyib ki, hepatit xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycanda ümumi qəbul edilmiş bir sıra profilaktik tədbirlər həyata keçirilir. Bu tədbirlərə xəstəxana və tibb müəssisələrində alətlərdən istifadədən əvvəl onların dezinfeksiya olunmasına, birdəfəlik alətlərin istifadəsinə üstünlüyün verilməsinə nəzarət daxildir. Lakin bununla kifayətlənmək olmaz. Gözəllik salonlarında və bu kimi digər obyektlərdə də hepatit xəstəliyinin yayılmaması üçün profilaktik tədbirlər mütləq görülməlidir.


Qeyd edək ki, hazırda C.İsayev Tbilisidə Dünya Səhiyyə Təşkilatının hepatit mövzusuna həsr olunmuş regional konfransında iştirak edir. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti