Xəzər Xəbər

Azərbaycan alimləri yeni velosiped ixtira ediblər

Cəmiyyət | 13:58 • 12 Fevral 2019
Azərbaycan alimləri yeni velosiped ixtira ediblər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Oktay Salamov və "Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin Baş mexaniki, texnika üzrə fəlsəfə doktoru Əlisgəndər Salamov yeni tam ötürməli velosiped ixtira ediblər.


İnstitutdan xezerxeber.az-a verilən məlumata görə, bu, Azərbaycanın ixtiraçı alimlərinin iki təkərli tam ötürməli velosiped işlənməsi üzrə ilk işidir.


Sözügedən velosipeddə arxa və qabaq təkərlərin hər biri ayrı-ayrılıqda və eyni zamanda aparıcı təkər funksiyasını icra edə bilir.


Öz sinfində (tam ötürməli velosipedlər) yeni texniki göstəricilərin cəmləşdiyi ixtira şəraitdən asılı olaraq həm tam ötürməli, həm də düz yol şəraitində ən yüksək nəticələrə və sürətə malik adi ötürməli idman velosipedi kimi istifadə oluna bilər.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
433 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti