Xəzər Xəbər

Tailand “Huawei-5G” texnologiyalarını sınaqdan keçirib

Cəmiyyət | 14:21 • 8 Fevral 2019
Tailand “Huawei-5G” texnologiyalarını sınaqdan keçirib

ABŞ-ın Çinin texnologiya nəhəngi "Huawei” şirkətinin yeni nəsil mobil şəbəkə qurmasına əngəl olmaq məqsədilə müttəfiqlərinə etdiyi müraciətə rəğmən fevralın 8-də Tailand "Huawei-5G” texnologiyalarını sınaqdan keçirib.


AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, telekommunikasiya qurğularının və smartfonların dünyada ikinci nəhəng istehsalçısı olan Çin şirkəti hazırda beynəlxalq miqyasda casusluq ittihamları ilə qarşılaşıb. Birləşmiş Ştatların Asiyada köhnə müttəfiqi olan Tailand isə "Huawei” şirkətinin Cənub-Şərqi Asiyada əsas dayağına çevrilir. Bu ölkənin rəqəmsal iqtisadiyyat naziri Piçet Duronqkaveroj bəyan edib ki, Çin şirkətinə qarşı hələ tam sübut olunmamış ittihamlara görə onunla əməkdaşlıqdan imtina etmək düzgün deyil. Tailand ordusunun əsas mərkəzi olan və Banqkokdan 90 kilometr məsafədə yerləşən Çonburi rayonunda 45 milyard dollar sərmayə qoyulacaq Şərq İqtisadi Dəhlizinin yaradılması planlaşdırılır. "Huawei-5G” texnologiyalarının sınağı da məhz burada keçirilib. Çonburidə "Vendors”, "Ericsson” və "Thai Telekoms” şirkətlərinin də 5G sınaq laboratoriyaları qurulub.


Gəlirlərinin yarısını Çinin hüdudlarından kənarda əldə edəcəyini bəyan edən "Huawei” şirkəti artıq 5G texnologiyaları üzrə qlobal miqyasda 30 kommersiya kontraktı imzalayıb. Lakin hələ də Tailandla bu cür razılaşma əldə olunmayıb. Hazırda Çin şirkəti bu ölkədəki telekommunikasiya operatorları ilə danışıqlar aparır və 2020-ci ilin dekabrında Banqkokda şəbəkələrin tam qurulub başa çatdırılmasını planlaşdırır.


ABŞ-ın Tailanddakı səfirliyinin mətbuat katibi bildirib ki, Banqkok gələcəkdə Çin şirkəti ilə əməkdaşlığa üstünlük verərsə, kiberhücumlara qarşı müdafiəsiz qala və rəsmiləşdirilməyən şəbəkə problemləri ilə qarşılaşa bilər. "Biz öz müttəfiqlərimizə və tərəfdaşlarımıza təklif edirik ki, bu cür riskləri nəzərə alsınlar və öz şəbəkələrinin təhlükəsizliyini təmin etmək üçün şübhəli kontraktlardan uzaq dursunlar”, -deyə amerikalı diplomat əlavə edib.


Tailandla ABŞ arasında münasibətlər Banqkokda 2014-cü ildə baş vermiş hərbi çevrilişdən sonra korlanıb. Digər tərəfdən, bu ölkə Cənub-Şərqi Asiyaya böyük sərmayələr qoyan Çinlə yaxınlaşıb. Belə ki, Pekin son illər Tailandın təşəbbüsçüsü olduğu Şərq İqtisadi Dəhlizində məlumat mərkəzinin yaradılmasına 22,5 milyard dollar vəsait xərcləyib. Çinin "Alibaba”, "Tencent”, "Kingsoft” şirkətləri də bu layihəyə sərmayələr qoyacaqlar.


Vaşinqtonla həmrəy olan Avropa Komissiyası isə yanvarın 30-da "Huawei-5G” texnologiyalarının Avropada qadağan edilməsi məsələsini müzakirə edib.

Rubrikanın digər xəbərləri

Güclü külək əsəcək, yağış yağacaq
Güclü külək əsəcək, yağış yağacaq XƏBƏRDARLIQ
17:49 • 10 May 2024
Azərbaycanda işsiz və işaxtaranlarla bağlı
Azərbaycanda işsiz və işaxtaranlarla bağlı YENİ QANUN
15:21 • 10 May 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
13:17 • 10 May 2024
Prorektorun qətlində təqsirli bilinən şəxslərə
Prorektorun qətlində təqsirli bilinən şəxslərə hökm oxunub
12:30 • 10 May 2024
Güclü maqnit qasırğası ilə bağlı
Güclü maqnit qasırğası ilə bağlı XƏBƏRDARLIQ
11:45 • 10 May 2024
Qobustanda narkotik vasitələrlə əlaqəli 2 nəfər
Qobustanda narkotik vasitələrlə əlaqəli 2 nəfər saxlanılıb
10:20 • 10 May 2024
Rezidenturaya qəbulun 2-ci cəhdinə qeydiyyat
Rezidenturaya qəbulun 2-ci cəhdinə qeydiyyat BAŞLADI
10:17 • 10 May 2024
Xətaidə mənzildən meyit
Xətaidə mənzildən meyit tapıldı
19:21 • 9 May 2024

Xəbər lenti