Xəzər Xəbər

Daha bir xəstəlik yayılır Bir həftəyə 3400 insan...

Cəmiyyət | 14:14 • 5 Fevral 2019
Daha bir xəstəlik yayılır

Ukraynada ötən həftə 3379 nəfər qızılca xəstəliyinə tutulub.

Trend-in Ukrayna Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, onlardan 1499-u böyük, 1880-i uşaqdır.

Qurumdan bildiriblər ki, ümumilikdə 2018-ci il dekabrın 28-dən 2019-cu il fevralın 1-dək 15 095 nəfər (6364-ü böyük, 8731- uşaq) qızılca olub.

Qeyd edək ki, bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ofisindən ölkədə qızılcaya yoluxmanın gözləniləndən daha artıq müşahidə edildiyi bildirilmişdi: "Hazırda Avropanın əksər ölkələrində qızılca epidemiyası baş verir. Azərbaycanda gözləniləndən daha artıq xəstəlik halları müşahidə edilir. Bu hallar 2018-ci ilin sonundan artmağa başlayıb. Xəstəlik halları əsasən vaxtilə peyvənd olunmamış 20-40 yaş qrupuna aid insanlar arasında baş verib".

Azərbaycanda qızılcaya yoluxma halları ötən il dekabrın ortalarından, əsasən, böyüklər arasında qeydə alınmağa başlayıb.

Xatırladaq ki, Qazaxıstanda da ilin əvvəlindən qızılcaya yoluxma halları artıb. Bu il 1114 qızılcaya yoluxma halı aşkar edilib ki, onlardan 799 nəfəri və ya 72 faizə yaxını yaşı 14-dən aşağı olan uşaqdır.

Xəbər lenti