Xəzər Xəbər

Xəstəliyə ən çox bu şəxslər tutulur XƏBƏRDARLIQ

Cəmiyyət | 13:47 • 5 Fevral 2019
Xəstəliyə ən çox bu şəxslər tutulur

Ötən ilin dekabr ayı ərzində respublikada 55 nəfərdə qızılca qeydə alınıb. Yanvar ayında da əhali arasında qızılcaya yoluxma halları qeydə alınır.

Bu sözləri Publika.az-a açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva bildirib.

Onun sözlərinə görə, qızılca əsasən 20-40 yaş arası əhali arasında qeydə alınır.

"Bütün əks-epidemik tədbirlər həyata keçirilib. Xəstələnənlər peyvənd edilməyən 20-40 yaş arası, bəzən 45 yaşdan yuxarı əhalidir. Az da olsa, uşaqlar arasında yoluxma halı qeydə alınır. Qızılcaya yoluxanlar əsasən peyvənd olunmayanlardır. Buna görə də böyük yaşlı əhalinin peyvənd olunması üçün mart ayında qızılca-məxmərək əleyhinə vaksinin gətirilməsi gözlənilir. Bu vaxta qədər qızılca ilə bağlı müraciət edənlərdə ağırlaşma halı qeydə alınmır. Xəstələrdə adi qızılca əlamətləri müşahidə edilir. Dörd gün yüksək hərarətdən sonra səpki başlayır. Daha sonra 4 gün səpki müşahidə edilir və tədricən solur. Poliklinikalara qızılca əlamətləri ilə müraciət edənlər müayinə edilir.Laborator müayinə nəticəsində qızılca aşkarlananlar siyahıya daxil edilir”.

A.Əliyeva bildirib ki, peyvənd təqviminə uyğun olaraq valideynlər uşaqlarını 12 aylığında və 6 yaşında qızılca, parotit, məxmərək əleyhinə peyvənd etdirsinlər:

"Hər hansı səbəbdən bu yaşlarda peyvənd etdirməyiblərsə, 10 yaşına qədər həmin vaksinlə peyvənd etdirsinlər. Çox təhlükəsiz peyvənddir, bütün poliklinikalar bu peyvəndlə tam təmin edilib. Təqvimə görə 12 aylığında peyvənd olunan uşaq bir də 5 ildən sonra 6 yaşında olunmalıdır. Bu zaman onda tam immunitet yaranır və bu da onu uzun illər xəstəlikdən qoruyur. Bu peyvənd həm epidemik paratit, həm də məxmərəkdən qoruyur”.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti