Xəzər Xəbər

Bakı-Gəncə-Bakı sərnişin qatarında gediş haqqı endiriləcək - YENİ TARİF

Cəmiyyət | 10:57 • 31 Yanvar 2019
Bakı-Gəncə-Bakı sərnişin qatarında gediş haqqı endiriləcək -

2018-ci ilin dekabr ayının 30-dan etibarən istifadəyə verilən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına daha çox sərnişinlərin cəlb edilməsi və onların məmnunluğunu qazanmaq məqsədi ilə keçirilən sorğular nəticəsində "Azərbaycan Dəmir Yolları” QSC sözügedən marşruta mühüm dəyişikliklər tətbiq edəcək.


QSC-dən verilən məlumata görə, qatarın hərəkət qrafiki və gediş haqqı tarifləri ilə bağlı olan yeniliklər 2019-cu ilin fevral ayının 4-dən etibarən həyata keçiriləcək.


Belə ki, bu vaxta qədər günaşırı hərəkətdə olan, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı, fevralın 4-dən başlayaraq hər gün reysə çıxacaq və yeni cədvələ uyğun olaraq, saat 08:45-də Bakıdan Gəncəyə və elə həmin gün saat 17:00-da Gəncədən Bakıya yola düşəcək. Qatarın yolda olma vaxtı isə azaldılaraq 4 saat 15 dəqiqə təşkil edəcək.


Gediş haqqı tariflərinə gəlincə, standart vaqonlarda qiymət 15 manatdan 10 manata endiriləcək. Birinci sinif (first class) və biznes vaqonlarda isə gediş haqqı dəyişilmədən saxlanılacaq. Standart vaqonlarda səhər yeməyinin və sərinləşdirici içkilərin pulsuz verilməsi isə dayandırılacaq. Sərnişinlər istədikləri zaman, qatarda yerləşən pullu avtomat köşklərdən istifadə edə bilərlər. Qeyd edək ki, birinci sinif (first class) və biznes vaqonlarda yemək və sərinləşdirici içkilərin verilmə qaydası dəyişməz olaraq qalacaq.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti