Xəzər Xəbər

Bakıda imtahana gedən 15 yaşlı oğlanın itkin düşdü

Cəmiyyət | 10:16 • 29 Yanvar 2019
Bakıda imtahana gedən 15 yaşlı oğlanın itkin düşdü

Bakıda 15 yaşlı yeniyetmə itkin düşüb.


Maştağada yaşayan Araz Anar oğlu Cəlilov yanvarın 27-də evdən çıxıb və bir daha geri qayıtmayıb.


Oğlanın atası Anar Cəlilov BAKU.WS-ə məlumat verib ki, Araz sınaq imtahanına getmək adı ilə evdən çıxıb. Lakin o, imtahana girməyib.


"Onu axırıncı dəfə Sabunçu dairəsi, "Koroğlu” metrosu yaxınlığında görüblər. Bu barədə polisə məlumat vermişəm. Sabunçu rayon Polis İdarəsi 14-cü polis bölməsində oğlumun axtarışlarına başlandığı deyilir”, - deyə Anar Cəlilov bildirib.


Qeyd edək ki, evdən çıxarkən Arazın əynində qısa gödəkçə və cins şalvar və üstündə məktəbli çantası olub. Atasının sözlərinə görə, oğlanın mobil telefonu olmayıb.


"Heç bir problemi olmayıb. Uşağın xəstəliyi, yaxud narahatlığı yoxdur. Kiminləsə heç bir problemim, yaxud düşmənçiliyim yoxdur”.


Araz Cəlilovu görənlər 0552529324 saylı telefonla əlaqə saxlasınlar.

Rubrikanın digər xəbərləri

Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti