Xəzər Xəbər

Dünya çempionu Xamis Məmmədovun ölümünün səbəbi bilindi - RƏSMİ AÇIQLAMA

Cəmiyyət | 11:12 • 28 Yanvar 2019
Dünya çempionu Xamis Məmmədovun ölümünün səbəbi bilindi -

Səhiyyə Nazirliyi ötən gün dünyasını dəyişən idmançı Xamis Məmmədovla bağlı məlumat yayıb.

Nazirlikdən özəl olaraq Trend-ə verilən məlumata görə, 24.01.2019-cu il tarixində Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına kəskin pnevmoniya ilə ağır vəziyyətdə gətirilib:

"Aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq Xamis Məmmədov 26.01.2019-cu il tarixində dünyasını dəyişib. Yaxınları meyidin tibbi ekspertizaya göndərilməsinə qəti etiraz ediblər. Bu səbəbdən yalnız ilkin rəyə əsasən xəstəyə ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub".

Xatırladaq ki, MMA və sambo idman növü üzrə turnirlərin qalibi, dünya çempionu Xamis Məmmədov yanvarın 27-də vəfat edib. Karyerası boyu bir çox beynəlxalq yarışlarda mükafatlar almış X.Məmmədov universal döyüş üzrə Avropa üçüncüsü və dünya çempionudur. O, 16 peşəkar döyüşdən yalnız üçündə məğlub olub.

Xəbər lenti