Xəzər Xəbər

Əmək qanunvericiliyini pozanlar 1,3 milyon manat cərimələnib

Cəmiyyət | 13:36 • 22 Yanvar 2019
Əmək qanunvericiliyini pozanlar 1,3 milyon manat cərimələnib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaş müraciətlərinə əsasən apardığı araşdırmalar zamanı 2018-ci ildə işəgötürənlər tərəfindən işçilərə əmək haqqı və sosial xarakterli digər ödənişlərdən ibarət 149 667 manat (2017-ci illə müqayisədə 44,8 faiz çox) məbləğində vəsaitin ödənişinin gecikdirildiyini müəyyən edib.


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a verilən məlumata görə, müvafiq tədbirlər görülməklə həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.


Ötən il əmək müqavilələrinin sayı 91,3 min artıb. Əmək qanunvericiliyinin tələblərinin pozulması faktlarına görə əvvəlki illə müqayisədə 3 dəfə çox olmaqla 1,3 mln. manat cərimə tətbiq edilib. İstehsalatda bədbəxt hadisələr nəticəsində həyatını itirənlərin sayı isə 13 faiz azalıb.


Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnamə layihəsi, Əmək Məcəlləsinə dəyişikliklər layihəsi hazırlanıb, əmək hüquqlarının təminatına dövlət nəzarətinin tətbiqi mexanizminin, e-protokol layihəsinin hazırlanmasına başlanıb.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti