Xəzər Xəbər

Metronun “Elmlər Akademiyası” stansiyasının əsas çıxışı bağlandı

Cəmiyyət | 10:00 • 18 Yanvar 2019
Metronun “Elmlər Akademiyası” stansiyasının əsas çıxışı bağlandı

"Bakı Metropoliteni" QCS-nin "Elmlər Akademiyası" stansiyasının əsas çıxışı bağlanıb.


Bu barədə Modern.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.



B.Məmmədovun sözlərinə görə, çıxışın bağlanması sərnişinlərin təhlükəsizliyilə bağlıdır:


"Xəbərdarlıqda bildirildiyi kimi, iki gündür ki, Bakıda güclü şimal küləyi əsir. Güclü külək stansiyanın giriş və çıxışlarında sərnişinlərin həyatı üçün təhlükə yaradır. Bu günlərdə Bakı Dövlət Universitetində də dərs olmamasını və imtahanların təxirə salınmasını nəzərə alaraq, stansiyanın əsas çıxışı bağlanıb. Hazırda giriş və çıxış stansiyanın əsas girişi ilə həyata keçirilir".


O qeyd edib ki, sərnişin sıxlığı müşahidə olunacağı təqdirdə əsas çıxış açılacaq.

Xəbər lenti