Xəzər Xəbər

Masazır və Xırdalanda elektrik enerjisinin kəsintisi aradan qaldıdıldı

Cəmiyyət | 17:23 • 17 Yanvar 2019
Masazır və Xırdalanda elektrik enerjisinin kəsintisi aradan qaldıdıldı

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq aidiyyəti qurumlar dünəndən bütün qabaqlayıcı tədbirləri gördüklərini açıqlayıb. Buna baxmayaraq bəzi yerlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Bu gün səhər saatlarında Masazır qəsəbəsində, hazırda isə Xırdalan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılıb.

"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, quruma daxil olan bütün müraciətlər araşdırılır və tədbirlər görülür.

"Masazır qəsəbəsində Qurtuluş 93 adlanan ərazidə bu gün səhər saatlarında elektrik enerjisi fərdi xətdə baş vermişdi. Qaynar xəttimizə daxil olan müraciət əsasında əməkdaşlarımız qısa zamanda problemi aradan qaldırdı. Bundan başqa Binəqədi şossesi Xırdalan istiqamətində iki xətdə nasazlıq baş verib. Uzun müddətli elektrik enerjisi kəsintisinin yaşanmaması üçün qabaqlayıcı tədbirlər görülüb. Hər hansı ərazidə enerjinin verilişində fasilə olarsa, abonentlər dərhal "199” nömrəsinə zəng edib məlumat verə bilərlər”.

Xəbər lenti