Xəzər Xəbər

Bakının əsas avtomagistrallarında sürət həddi endirildi

Cəmiyyət | 09:34 • 17 Yanvar 2019
Bakının əsas avtomagistrallarında sürət həddi endirildi

Hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar şəhər nəqliyyatının normal fəaliyyətini təmin etmək və yarana biləcək problemlərin vaxtında aradan qaldırılması məqsədi ilə Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyət göstərir. Əvvəlcədən görülən tədbirlər nəticəsində gecə saatlarından bu vaxtadək şəhər nəqliyyatında hər hansı problem müşahidə edilməyib.

Agentlikdən xezerxeber.az-a verilən məlumata görə, yanvarın 17-si səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobusların reysə çıxarılması təmin edilib. Müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb. Bu məqsədlə agentliyin mobil qrupları Nəqliyyat Mübadilə Mərkəzlərinin və şəhərin müxtəlif ərazilərində xidmət aparır.

Gecə saatlarından şəhər yollarında svetoforların fəaliyyətində problem müşahidə olunmayıb. Mənfi halların vaxtında aradan qaldırılması üçün texniki personal hazır vəziyyətə gətirilib.

Məlumat üçün bildiririk ki, hazırda müşahidə edilən yağışla əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20-km/saat həcmində endirilib. Elektron məlumat tablolarında sürüşkən yol xəbərdarlıq nişanı qoyulub.

Bakı Nəqliyyat Agentliyi sürüclərə tövsiyə edir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər:

"Sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edirik. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik".

Rubrikanın digər xəbərləri

Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024

Xəbər lenti