Xəzər Xəbər

AMEA-nın mətbuat xidmətinin müdiri nəşriyyata direktor təyin edildi

Cəmiyyət | 15:30 • 16 Yanvar 2019
AMEA-nın mətbuat xidmətinin müdiri nəşriyyata direktor təyin edildi

AMEA Rəyasət Heyəti Aparatında Mətbuat və informasiya idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi – mətbuat xidmətinin müdiri Səbuhi Qəhrəmanov AMEA-nın "Elm” nəşriyyatına direktor təyin edilib.

Akademiyadan Trend-ə verilən məlumata görə, S.Qəhrəmanov 2009-cu ildə Bakı Dövlət Universitetinin Nəşriyyat işi və redaktəetmə ixtisasının baka­lavriat pilləsini, 2012-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomları ilə bitirib. 2018-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Ədəbi-tarixi prosesin problemləri və istiqamətləri (XX əsrin 20-30-cu illəri)” mövzusunda fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib.

O, 2011-ci ildə AMEA-nın "Elm” nəşriyyatında əmək fəaliyyətinə başlayıb, 2014-cü ilədək ədəbi redaktor, Nəşriyyat şöbəsinin müdiri vəzifələrində işləyib. 2015-ci ildən 2019-cu ilədək AMEA Rəyasət Heyəti aparatında Mətbuat və informasiya idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi – mətbuat xidmətinin müdiri vəzifəsində çalışıb.


Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti