Xəzər Xəbər

Azərbaycanda 5111 nəfər adını, ata adını, soyadını dəyişmək istəyib - RƏSMİ

Cəmiyyət | 10:10 • 16 Yanvar 2019
Azərbaycanda 5111 nəfər adını, ata adını, soyadını dəyişmək istəyib -

2018-ci ildə ölkədə Ədliyyə Nazirliyinə adın, ata adının, soyad və soyad sonluğunun dəyişdirilməsi ilə bağlı ümumilikdə 5111 müraciət olub.


Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.


Ötən il ölkədə adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı 2891 şəxs, soyad sonluğunun dəyişdirilməsi ilə bağlı isə 2220 şəxs müraciət edib.


Rəsmi məlumata görə, 2017-ci ildə isə ümumilikdə 5552 nəfər nazirliyə adın, ata adının, soyad və soyad sonluğunun dəyişdirilməsi ilə bağlı müraciət ünvanlayıb:


"Onlardan 3013 nəfəri adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı, 2539 nəfəri isə soyad sonluğunun dəyişdirilməsi ilə bağlı olub”.


Müraciət edənlərin yaşı və cinsi ilə bağlı məsələyə gəldikdə, rəsmi məlumatda qeyd edilib ki, bununla bağlı statistika aparılmadığından, eləcə də "İnformasiya əldə etmək haqqında" Qanunun 21.2.5-ci maddəsinə əsasən sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb etdiyindən onların cavablandırılması mümkün deyil.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti