Xəzər Xəbər

Bəzi dövlət orqanlarına müsahibələr keçirilməyəcək - Qeydiyyat dayandırıldı

Cəmiyyət | 15:40 • 15 Yanvar 2019
Bəzi dövlət orqanlarına müsahibələr keçirilməyəcək -

"Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli Fərmanı ilə Müdafiə Sənayesi Nazirliyi ləğv edilib. Bu səbəbdən 2019-cu il yanvarın 4-də elan olunmuş ümumi müsahibəyə nazirlik tərəfindən təqdim edilmiş vakant vəzifələrin müsahibələrində iştirak üçün qeydiyyat dayandırılıb.


Dövlət İmtahan Mərkəzindən xezerxeber.az-a bildirilib ki, həmin vəzifələr üzrə müraciət etmiş namizədlər müvafiq elan üzrə digər vakant vəzifələrə aid müsahibədə iştirak üçün qeydiyyatdan keçə bilərlər.


"Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli digər Fərmanı ilə Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi də ləğv edilib. Bununla əlaqədar olaraq, Dövlət İmtahan Mərkəzi tərəfindən 2018-ci il noyabrın 27-də elan edilmiş ümumi müsahibədə həmin Katiblikdə olan vakant vəzifələr üzrə qeydiyyatdan keçən namizədlərlə keçirilməsi planlaşdırılan müsahibələr ləğv edilib.

Xəbər lenti