Xəzər Xəbər

Bu ərazilərdə iki gün işıq olmayacaq

Cəmiyyət | 11:28 • 14 Yanvar 2019
Bu ərazilərdə iki gün işıq olmayacaq

Bu ərazilərdə elektrik enerjisinin verilişi dayandırılacaq.

"Azərişıq” ASC-dən xezerxeber.az-a verilən məlumata görə, Bağlar Enerji Təchizatı və Satış İdarəsinin (ETSİ) xidmət ərazisində yerləşən 110/35/6 kV-luq 136 saylı y/st-ya gələn 110 kV-luq elektrik verilişi xəttində yenidənqurma işləri ilə əlaqədar olaraq 14-15 yanvar 2019-cu il tarixlərində Qurd Dərəsi, Sarıqaya, Fatmayı, Novxanı, Görədil bağlarının bəzi ərazilərində elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə "Azərişıq” ASC istehlakçılardan üzr istəyir.

Xəbər lenti

Çox oxunanlar