Xəzər Xəbər

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxslər cərimələnib

Cəmiyyət | 15:50 • 12 Yanvar 2019
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxslər cərimələnib

Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq polis orqanları tərəfindən tədbirlər keçirilir.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, yanvarın 9-da nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları paytaxtın Sabunçu rayonunda növbəti reyd keçiriblər. Reydlər nəticəsində rayonda yerləşən mağaza və köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkarlanıb.


Polis əməkdaşları tərəfindən həmin mağazaların altı satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub və hər biri 100 manat məbləğində cərimələniblər.


Bu istiqamətdə reydlər davam etdirilir.

Xəbər lenti