Xəzər Xəbər

Azərbaycanda yol qəzalarında ölüm hallarının 30 faiz azaldılması proqnozlaşdırılır

Cəmiyyət | 09:14 • 6 Yanvar 2019
Azərbaycanda yol qəzalarında ölüm hallarının 30 faiz azaldılması proqnozlaşdırılır

2023-cü ilin sonunadək Azərbaycanda yol-nəqliyyat hadisələri nəticəsində ölüm hallarının 30 faiz azaldılması proqnozlaşdırılır.


Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiqlənən "Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda bildirilir.


Dövlət Proqramında qeyd olunub ki, müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində 2013–2017-ci illərlə müqayisədə 2023-cü ilin sonunadək yol-nəqliyyat hadisələrində ölüm sayının, sağlamlığına ağır və ya az ağır zərər vurulan şəxslərin sayının və yol-nəqliyyat hadisələrinin ümumi sayının 30 faiz azaldılması, həmçinin yol-nəqliyyat hadisələrində uşaq ölümü hallarının 50 faiz azaldılması nəzərdə tutulub.

Xəbər lenti