Xəzər Xəbər

Xərçəng xəstəliyinə nəfəs vasitəsilə diaqnoz qoya bilən cihaz sınaqdan keçirilir

Cəmiyyət | 19:19 • 4 Yanvar 2019
Xərçəng xəstəliyinə nəfəs vasitəsilə diaqnoz qoya bilən cihaz sınaqdan keçirilir

Böyük Britaniyanın Kembric Universitetində hazırlanan və xərçəng xəstəliyinə nəfəsdəki molekulların təhlili vasitəsilə diaqnoz qoya bilən cihaz sınaqdan keçirilməyə başlanılıb.

Xezerxeber.az xəbər verir ki, tədqiqatçılar cihazdan ilk mərhələdə mədə və qida borusu xərçənginin diaqnozunda istifadə etməyi nəzərdə tutublar. Daha sonra onun prostat, böyrək, qaraciyər və mədəaltı vəzi xərçənginin aşkarlanması üçün sınanması planlaşdırılıb.

Alimlər cihazın xərçəngin erkən mərhələdə aşkarlanmasına və xəstələrin yaşama şanslarını artıracağına kömək edəcəyini deyiblər.

Qeyd edək ki, cihaz İngiltərədə 1500 nəfər üzərində sınaqdan keçiriləcək.

Xəbər lenti