Xəzər Xəbər

İstiot yaddaşı gücləndirir, orqanizmi mikroblardan qoruyur

Cəmiyyət | 10:41 • 4 Yanvar 2019
İstiot yaddaşı gücləndirir, orqanizmi mikroblardan qoruyur

Dadı və ətri ilə xörəklərə ləzzət verən ədviyyatlar sağlamlıq üçün çox faydalıdır. Onların tərkibindəki mineral və vitaminlər maddələr mübadiləsini sürətləndirir, immuniteti gücləndirir.


AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, ədviyyatlar içərisində ən çox istifadə olunan istiot zülal, mineral maddələr, karbohidrat və S vitamini ilə zəngindir. İstiot yaddaşı gücləndirir, orqanizmi mikroblardan qoruyur, beyində damarları genişləndirir, qan dövranını tənzimləyir, ürək ağrısının azalmasına kömək edir.


Sevilən ədviyyatlardan olan sarıkök isə fosfor, dəmir, yod, kalsium, S, B1, B2, B3 və K vitaminləri ilə zəngindir. Onun tərkibindəki efir yağı antioksidant rolu oynayaraq orqanizmi cavanlaşdırır və müxtəlif xəstəliklərdən qoruyur.


Növ zənginliyi ilə seçilən ədviyyatları qorumaq üçün onları düzgün şəraitdə 20°C istilikdə, rütubətin dərəcəsi 75 faizi keçməyən yerdə saxlamaq lazımdır. Onların saxlanma müddəti məhsulun istehsal vaxtından asılı olaraq bir ili keçməməlidir.

Rubrikanın digər xəbərləri

Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti