Xəzər Xəbər

Moskvada yaşayan "həci"dən insanlığa yaraşmayan hərəkət - FOTO

Cəmiyyət | 17:40 • 3 Yanvar 2019
Moskvada yaşayan "həci"dən insanlığa yaraşmayan hərəkət -
Rusiyada yaşayan azərbaycanlı leykozdan əziyyət çəkən azyaşlı Aylinin müalicəsi üçün yığılan pulları dələduzluq yolu ilə ələ keçirib.

Bu barədə pediatr Günay Rəsulova öz "Facebook" səhifəsində məlumat verib.

Atası həyatda olmadığından leykozdan əziyyət çəkən Aylin adlı körpənin müalicəsinə dəstək üçün açılan hesabdakı məbləğ özünü "Hacı" kimi qələmə verən biri tərəfindən qarət edilib.

Moskvada yaşadığını bildirən azərbaycanlı gecə saatlarında "Whatsapp"la əlaqə saxlayaraq yardım etmək niyyətində olduğunu yazıb və Aylini xaricə aparmaq üçün hesaba 50 000 AZN köçürmək fikrində olduğunu deyib.

Yazışmalarla Aylinin dayısının etibarını qazanmağı bacaran "həci" kart və hesab nömrəsi ilə bağlı bütün bilgiləri əldə edib. Hətta hesabı açan şəxsin şəxsiyyət vəsiqəsinin fotosunun şəklini atmağı istəyib.

Ailə səhər kartdan pulu götürmək üçün gedəndə ailə acı bir sürprizlə qarşılaşıb. Aylardır əziyyətlə yığılan pul, ailənin tək ümid yeri olan hesab boş!Bunu görən ailə banka müraciət edib. Aldıqları cavab onlara böyük zərbə olub. Kartdakı məbləğ "online" üsulla hansısa oyunlar üçün köçürülüb.

Onkoloji xəstə uşağın müalicəsinə yığılan pula göz dikən bu məxluqun nömrəsi budur: +79852706090

BAKU.WS












Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti