Xəzər Xəbər

Yeni ildən qalma salatları sonrakı günlər yemək təhlükəlidir – Azərbaycanlı həkimlərdən xəbərdarlıq

Cəmiyyət | 16:51 • 1 Yanvar 2019
Yeni ildən qalma salatları sonrakı günlər yemək təhlükəlidir

Yeni ildə xanımlar bir yox, bir neçə salat hazırlayır. Bəzən salatlara bir-birinə uyğun gəlməyən ərzaqlar da qatılır. Müasir icad olunan salatların çoxu qida standartlarına uyğun deyil. Salatı hazırladız, bəs onun saxlanması, neçə gün istifadəsi qaydalaeını bilən varmı?


Düzdür bu ənənə təkcə Azərbaycanda deyil, bütün MDB dövlətlərində Yeni il süfrəsindən qalma salatlar sonrakı günlər insanlar yeyir. Hətta salatı bol hazırlayırlar ki, onsuz da evdəyik yeyiləcək.


Belə salatlar uşaqlar, hamilə qadınlar, xəstə insanlar üçün çox təhlükəlidir. Eləcə də alkoqol qəbul edən insanın öncədən və sonradan " boyat" salat yeməsi zəhəlrənmə baxımından çox risklidir.


Yeni il süfrəsindən qalma salatlar neçə gün sonraya kimi yeyilə bilər? Əgər yemək qadağandırsa niyə?


XəzərXəbər medicina.az-a istinadən bildirir ki, həkimlərimiz yekdiklliklə bu salatların 1 gündən artıq saxlanılıb yeyilməsinə qarşı çıxdılar.


" Yeni il salatları, Olivye, Paytaxt, Mimoza kimi salatlar soyuducuda 1 sutkadan artıq saxlanılmır.

Qida normalarına görə hazır salatlar hazırlandıqdan 2-3 saat sonra yeyilməli və bitməlidir.


Salatlarla bağlı qayda budur: hazır yeməklər, salatlar təkrar olaraq termik hazırlanmadan keçməyəcəksə, o zaman onun realizasiyası cəmi 2-3 saatdır. Ondan sonra ərzaqların sterilliyi itir.


Mayonezli, xamalı salatlar, vineqret 2-3 saatdan sonra yeyilirsə, zəhərlənməməkdən qarantın ola bilməz.


Kişilər salatı araqla içdiklərinə görə, bəzən spirtli içki intoksikasiyanı bir az yumşaldır. Qadın və uşaqlar araq içmədiyi üçün xüsusən təhlükə altındadır.

Ona görə bayramdan sonra qida zəhərlənmələri üzrə birinci yerdə bu salatlar durur. Salatlarda çox ərzaq, tərəvəz, bişmiş və çiy tərəvəzlər, üstəlik mayonez, konservalar olduğu üçün risk daha çoxdur. Toylarda da ən çox zəhərlənmə salatların payına düşür. Sonra da zəhərlənmə ilə bayram günü xəstəxanaya düşürlər.


Salatların sonrakı günlər qızdırılıb, isidilib yeyilməsi ümumiyyətlə yolverilməzdir. Hamilə qadınlar yeni il gecəsi salatlardan ehtiyatlı olsun. Çünki dölə ən çox toksiki təsir edən, bəzən dölü zəhərləyib letal sonluğa aparan məhz paytaxt salatı kimi qidalar olur. Çünki salatların tərkibində olan yumurta digər ərzaqlarla reaksiyaya girərək mədə-bağırsaq sistemini pozur.


İnsanlarımız artıq köhnə adəti unutmalı, Yeni il salatlarını az miqdarda hazırlayıb, elə həmin gün yeyib bitirməlidirlər".

Xəbər lenti