Xəzər Xəbər

Bunu edən anaların uşaqları xərçəngə tutulur Alimdən ŞOK XƏBƏRDARLIQ

Cəmiyyət | 15:43 • 1 Yanvar 2019
Bunu edən anaların uşaqları xərçəngə tutulur

Açıqlamaları ilə mətbuatda böyük səs-küy yaradan məşhur professor və daxili xəstəliklər üzrə mütəxəssis Canan Karatay kişilərdə cinsəl həyata mənfi təsir edən amilləri açıqlayıb.


XəzərXəbər xəbər verir ki, Canan Karatay trans yağların zərərlərindən danışıb:


"Qurdlu meyvələrə üstünlük verin, çünki digərlərinin üstü dərman və kimyəvi maddələrlə doludur, kənd təsərrüfatı dərmanları zəhərdir. Trans yağ sizi xərçəng edir. Kənd təsərrüfatı dərmanlarının xərçəngə səbəb olduğu dəfələrlə sübut olunub. Odur ki, əksini söyləyib etiraz etməsinlər".


Karatayın sözlərinə görə, əmizdirən anaların palma yağından istifadəsi uşaqda xərçəng riskini artırır. O, qeyd edib ki, palma yağındakı zərərli maddələr südlə uşağa keçə bilir:


"Palma yağının ana südündən keçərək xərçəng yaratma riski yüksəkdir. Çünki trans yağlar orqanizmə daxil olduğu zaman sağlam yağların istifadəsini əngəlləyir. Əlbəttə ki, həmin uşaqların dərhal xərçəngə tutulduğunu iddia etmirəm. Amma böyüdükdən sonra uşaqlar cipsi və trans yağlarda bişən bu kimi zərərli məhsullar yeyir, nəticədə kökəlirlər. Palma yağı qara ciyəri yağlandırır, beyni pozur. Bütün xroniki, degenerativ xəstəliklərin: qaraciyər yağlanması, mədəaltı vəzi yağlanmasına gətirib çıxarır.


Palma ağacının meyvəsinin tumu və ya lət hissəsindən əldə edilən rəfinə edilmiş palma yağı işləndikdə trans yağa çevrilir. Trans yağlar kansoregendir, infarkt, alzeymer, şəkər və xərçəng kimi xəstəliklərə səbəb olur.


Palma yağı bütün kosmetik məhsullara: şampun və sabunlara qatılır. Bilərək və ya bilməyərək trans yağların bədənimizə təmas etməsi təhlükəlidir. Analar işlənmiş, qablaşdırılmış ərzaqlardan uzaq durmalıdır. Yenə təkrar edirəm ki, təbii soyuq sızma zeytun yağı çox faydalıdır. Zeytun yağı istifadə edən anaların uşaqları çox sağlam olur".


Karatay sonda kişilərdə sonsuzluq problemlərinin səbəbləri haqqında danışıb:


"Sadəcə qadınlar deyil, kişilər də qidalanmasına diqqət etməlidir. Trans yağlarda bişən yeməkləri yeyən kişilərdə hormonol tarazlıq pozulur, spermanın keyfiyyətinə mənfi istiqamət təsir edir, testosteronu aşağı salır, eyni zamanda həddən artıq estrogen hormonları ifraz olunur. Bu, isə köklüklə nəticələnir". (publika.az)

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti