Xəzər Xəbər

Sorğu: Cənubi Koreya liderinin reytinqi tarixi minimuma enib

Cəmiyyət | 14:10 • 27 Dekabr 2018
Sorğu: Cənubi Koreya liderinin reytinqi tarixi minimuma enib

Cənubi Koreya Prezidenti Mun Ce-inin reytinqi 43,8 faizə düşərək yeni tarixi minimuma enib. Bu, bir həftə öncəki göstəricidən 3,3 faiz aşağıdır.


Xezerxeber.az xəbər verir ki, bu barədə məlumat "Realmeter” agentliyinin keçirdiyi sosioloji sorğunun nəticələrində əksini tapıb. Sorğuya əsasən, prezidentin əleyhdarlarının sayı 5,5 faiz artaraq 51,6 faizə yüksəlib. Beləliklə, ölkə liderinin fəaliyyətini mənfi qiymətləndirənlərin sayı ilk dəfə olaraq müsbət qiymətləndirənlərin sayını üstələyib. Göstəricilər arasında fərq 7,8 faiz təşkil edib.


Sosioloqların fikrincə, dövlət başçısının reytinqinin aşağı düşməsi bir sıra hadisələr, o cümlədən prezident administrasiyasında sənədlərin götürülməsi ilə bağlı qalmaqal, həmçinin mülki şəxslər və məmurlar barədə məlumatların qanunsuz toplanmasında Mun Ce-inin əlinin olması ehtimalı ilə əlaqədardır.


Eyni zamanda, Cənubi Koreyanın hakim Demokratik "Toburo” partiyasının dəstək səviyyəsi 36,3 faiz, Koreya Azadlıq Partiyasının dəstək səviyyəsi isə 25,6 faizdir.


Sorğu dekabrın 24-26-da ölkənin müxtəlif regionlarında yaşayan min nəfər arasında keçirilib.

Xəbər lenti