Xəzər Xəbər

Sabun və şampunların uşaqlar üçün ciddi təhlükəsi

Cəmiyyət | 14:15 • 27 Dekabr 2018
Sabun və şampunların uşaqlar üçün ciddi təhlükəsi

Gigiyena vasitələrin tərkibində onkoloji xəstəliklərlə nəticələnəcək təhlükəli maddələr var. Bu barədə 388 qızı doğulan andan yetkinlik dövrünə qədər həyatlarını izləyən Kaliforniya Universitetinin alimləri qənaətə gəliblər. 

Araşdırmanın nəticələri Human Reproduction saytında dərc olunub

Mütəxəssislər müəyyən ediblər ki, diş pastası, sabun və şampun hormonal fona təsir göstərir, bu isə onkoloji xəstəliklərə gətirir. Gigiyena vasitələrindən erkən yaşlarda istifadə edən qızlar ərgənlik dövrünə tez çatır. Onların bədəni inkişaf edir, menstruasiya isə 8 yaşa kimi olur, halbuki sağlam uşaqlarda bu göstərici 11 yaşdır.

Əsasən, ftalat, paraben və fenollar erkən cinsi yetişkənliyə səbəb olur. Adı çəkilən maddələr isə böyük miqdarda gigiyena vasitələrində olur. Onların təsiri hormonların effekti ilə eynidir. Bu səbəbdən bəzi uşaqlarda endokren sistemin işi pozulur, bu isə nəinki xərçəngə, həmçinin psixi pozğunluğa gətirir./faktxəbər

Xəbər lenti